Millət vəkili Qənirə Paşayeva Tovuz sakinlərinə suvarılma suyu ilə bagli problemlərin həlli istiqamətində hökumətdən dəstək göstərilməsini xahiş edəcəyinə söz verib. Millət vəkili Qənirə Paşayeva Tovuzda rayonun ən Böyük kəndlərindən olan Düz Qırıqlıda kənd sakinləri ilə görüşüb, qayğı və problemləri ilə maraqlanıb. Bir Cox xəstələrlə görüşən millət vəkili onların müalicələri ilə maraqlanıb. Sakinlər əsasən ünvanlı sosial Yardım, kənd Yolları auf əsasda əkin suvarması suyu ilə bagli təhcizatın daha da yaxşılaşdırılması, yeni Artezian quyularına Böyük ehtiyac və bölgədə həyata keçirilməsi nəzərdə tutulan layihələr ilə bagli Oz təklif və fikirlərini bildiriblər, müzakirərlər aparıblar. Millət vəkili Qənirə Paşayeva bildirib ki , Tovuzda əhali əsasən kənd təsərrüfatı ilə məşğul olur və əkinlərin zamanında suvarıla bilməsi onlar üçün ən əsas məsələdir.
Übersetzt wird, bitte warten..