MSN yeni reaktiv atəş sisteminin sınaqlarını yekunlaşdırıb
FOTO 14.03 23-12-2014:. Müdafiə Sənayesi Nazirliyinin (MSN) Milli Aerokosmik Agentliyi (MAKA) tərəfindən hazırlanmış 107 MM Capli reaktiv yaylım atəş sisteminin sınaqları Basa çatdırılıb Bu barədə "AzeriDefence" yə Maka dan məlumat verilib. "Ford XLT" pikap avtomobilinin şassisi üzərində qurulan yeni SISTEM sınaqlarda yüksək nəticələr göstərib. Artıq SISTEM seriyalı istehsala hazırdır. Sistemin idarəetməsi və Bütün hesablamaları yerli mütəxəssislər tərəfindən hazırlanmış proqram təminatı hesabına yerinə yetirilir. Yüksək keçicilik qabiliyyətinə malik maşının kabinəsi zirehləndirilib və bu da heyəti qəlpə partlayışlarından və güllələrdən mühafizəsini təmin edir. Maşının üzərində hərəsi 12 ədəd 107 MM reaktiv mərmi yerləşən iki paket buraxılış konteyneri mövcuddur. Qeyd edək ki, sözügedən reaktiv yaylım atəş sistemi ilk dəfə sentyabr ayında Bakida keçirilmiş ADEX-2014 sərgisində ictimaiyyətə nümayiş etdirilib.
Übersetzt wird, bitte warten..